Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub

Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir
Region
20324
12 Fevral , 2019 12:40
Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub

Bakı. 12 fevral. REPORT.AZ/ Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir.

Bu barədə "Report" Ermənistanın "Jamanak" ("Zaman") qəzetinə istinadən xəbər verir.

"Dram devalvasiyaya uğradıqca un da bahalaşır, özü də ani şəkildə. Səbəbi isə Ermənistanda unun topdan satışının dollarla həyata keçirilməsidir", - nəşr yazır.

Qəzet vurğulayır ki, unun qiymətinin artması çörək məhsullarının qiymətlərinə təsir edir, bu isə öz növbəsində, əhalinin aşağı gəlirli təbəqəsinin büdcəsinə mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi