Yuxarı
    Bağlamaq

    Ermənistanda avtobusun partlaması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

    Hadisə İrəvanın Alabyan küçəsində baş verib

    Bakı. 25 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda 63 saylı avtobusun partlaması nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    ***22:31

    Bu gün axşam saatlarında Ermənistanın paytaxtı İrəvanda avtobus partlayıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə Alabyan küçəsində baş verib. İnsidentin baş verdiyi yerə Böhranlı Vəziyyətlərdə İdarəetmə Milli Mərkəzinin əməliyyat qrupu, iki hərbi və xüsusi təyinatlı xilasetmə dəstəsi cəlb olunub.

    Hadisənin digər təfərrüatları məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi