Yuxarı

Ermənistanda atışma olub, xəsarət alan var

​Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Armavir əyalətində, Eçmiədzində qeydə alınıb. Atışma zamanı 27 yaşlı gənc ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, cinayəti törədən şəxs hələ saxlanılmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə atəşə tutulmuş "Mercedes" markalı avtomobili aşkarlayıblar. Atışmada yaralanan şəxsin Armavir vilayətinin 27 yaşlı sakini Qurgen Arakelyan olduğu müəyyənləşdirilib. Qeyd edilir ki, onun atası da uzun illər məhkumluq həyatı yaşayıb. Belə ki, Q.Arakelyanın atası Armen Arakelyan Rusiyada Türkiyə vətəndaşını qətlə yetirdiyinə görə həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi