Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanda atışma olub, xəsarət alan var Hadisə zamanı Edmon Arutunyan adlı şəxs yaralanıb
Region
15 Avqust , 2017 03:31
Ermənistanda atışma olub, xəsarət alan var

Bakı. 15 avqust. REPORT.AZ/ Ermənistanda atışma olub.

"Report" erməni mətbuatına istinadən baş verir ki, hadisə ölkənin üçüncü böyük şəhəri sayılan Vanadzorda qeydə alınıb.

Belə ki, şəhərin Yerevan küçəsində baş vermiş atışma zamanı bir nəfər xəsarət alıb. O, tibb mərkəzinə yerləşdirilib.

Yaralanan şəxsin kriminal aləmdə Edmon Arutunyan ləqəbi ilə tanınan 31 yaşlı şəxs olduğu bildirilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, son günlər ölkədə baş verən növbəti atışmadır. Analoji hadisə bir neçə gün əvvəl də baş verib.  

Son xəbərlər

Orphus sistemi