Yuxarı

KİV: ​Ermənistanda aclıq edən məhbus qadına yardım göstərilmir

Vəkilin sözlərinə görə, həbsxanaya qaytarıldıqdan sonra müvəkkilinin sol tərəfi də iflic olub

Bakı. 8 fevral. REPORT.AZ/ Ermənistanda 54 yaşlı məhbus qadın Servenik Gevorkyan "Abovyan" islah-əmək müəssisəsində aclıq elan edib və ona tibbi yardım göstərilmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, 2015-ci ilin avqustundan islah-əmək müəssisəsində saxlanılır.

Məhbusun vəkili Qayana Gevorkyan bildirib ki, müdafə etdiyi şəxsin sağlıq durumu yanvarın 23-də ağırlaşıb və o, özündən gedib və yıxılıb: "Servenik ayılanda bədəninin bir hissəsinin iflic olduğunun görüb. Onu "Abovyan"dakı xəstəxanaya aparsalar da bir neçə gündən sonra Yerevandakı xəstəxanaya yerləşdiriblər. Ancaq orada onun müalicəsi ilə həkimlər məşğul olmaq istəmir. Xəstəxananın rəhbərliyi qohumlarından Servenik Gevorkyanın müalicə xərclərini tələb edib. Ancaq onlar həmin məbləği ödəyə bilmədiklərindən xəstəni hospitaldan çıxararaq həbsxanaya qaytarıblar. Fevralın 1-dən 5-dək o, aclıq edib. Səhhəti ağırlaşdığından, yaxınları şirin su içməsini istəyib".

Vəkilin sözlərinə görə, əvvəl Servenik Gevorkyanın sağ tərəfi iflic olmuşdusa, həbsxanaya qaytarıldıqdan sonra solu da iflic olub.

Ermənistan KİV-lərinin məlumatına görə, Servenik Gevorkyan bir qrupla əlbir olaraq 97 min 466 dollar məbləğində saxta qızıl satmaqda ittiham olunur. Gevorkyan ona qarşı irəli sürülüən ittihamları qəbul etmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi