Yuxarı

Ermənistanda intihara cəhdlərin sayı 20 faiz artıb

Bakı. 22 fevral. REPORT.AZ/ Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin kapitanı Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən 500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: “Özünü öldürənlər, əsasən, 40-60 yaşlı kişilərdir. Onlar daha çox özlərini asmaqla intihar edirlər”.

T.Sarkisyan deyib ki, intihar cəhdləri, əsasən, Yerevan, Şirak və Lori vilayətlərində qeydə alınıb.

Psixoloq Arkadi Mehrabyan vurğulayıb ki, ölkədə baş vermiş intihar halları daha çox sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi