Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb

Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb Bakı. 15 dekabr. REPORT.AZ/ Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.
Region
15 Dekabr , 2018 05:23
Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "News.am"a Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan qeyd ediblər ki, aşkarlanan seçki qanunsuzluqları ilə əlaqədar cəmi 6 cinayət işi qaldırılıb. Daha 147 işlə bağlı materiallar hazırlanır.

Ermənistanın baş prokurorunun qərarı ilə Baş Prokurorluqda yaradılmış işçi qrup dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı qeydə alınan 442 hadisə və pozuntulara yekun vurub.

Qeyd edək ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi