​Ermənistanda 12 çay ən yüksək, 5-ci dərəcəli çirkliliyə malikdir

​Ermənistanda 12 çay ən yüksək, 5-ci dərəcəli çirkliliyə malikdir O çayların arasında Araz çayı da var
Region
13 İyul , 2016 08:21
​Ermənistanda 12 çay ən yüksək, 5-ci dərəcəli çirkliliyə malikdir

Bakı. 13 iyul. REPORT.AZ/ Ermənistanda Sünik vilayətindən axan 12 çay və onun qolları ən yüksək, beşinci dərəcəli çirkliliyə malikdir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb vilayətdəki dağ-mədən sənayesidir.

Xəbərə əsasən, "2016-2021-ci illərdə ölkənin cənub ərazisindəki su hövzələrinin idarə edilməsi üzrə tədbirlər planı" adlı sənəddə bildirilib ki, buna səbəb Dastakert rayonundakı mis-molbden müəssisəsinin fəaliyyətidir.

İnformasiyaya görə, oranın mis və molbden kimi metalların kimyəvi tullantısı həmin çaylara axıdılır. O çayların arasında Araz çayı da var.

Azərbaycan və İran tərəfi Ermənistana, beynəlxalq qurumlara bu haqda dəfələrlə şikayət etsə də, çay sularının çirkləndirilməsi davam edir. 

Son xəbərlər

Orphus sistemi