Ermənistanda yol qəzası: 1 hərbçi ölüb, 4 nəfər yaralanıb

Ermənistanda yol qəzası: 1 hərbçi ölüb, 4 nəfər yaralanıb Ermənistanın Sünik vilayətinin Brnakot kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bu ölkənin silahlı qüvvələrinin hərbçisi ölüb.
Region
22 Noyabr , 2019 15:16
Ermənistanda yol qəzası: 1 hərbçi ölüb, 4 nəfər yaralanıb

Ermənistanın Sünik vilayətinin Brnakot kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bu ölkənin silahlı qüvvələrinin hərbçisi ölüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Brnakot kəndində baş verən qəza nəticəsində “VAZ-2109”un sürücüsü Aram Q. və onun həmkəndlisi, 45 yaşlı Nver M. ölüb. Nverin həyat yoldaşı Karine K, onların 16 yaşlı qızları Sonya M. 17 yaşlı Nvard M. və 6 yaşlı Vladik M. yaralanıb. Onlar Sisiandakı tibbi mərkəzə yerləşdiriliblər. Məlumata görə, Aram Q. müqavilə əsasında hərbçi olub.

Son xəbərlər

Orphus sistemi