Yuxarı

Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq

Ermənistan yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradır
KİV: Yeni Konstitusiyaya görə, Ermənistan prezident idarəetmə sisteminə qayıda bilər

Tezliklə Ermənistanda Konstitusiyanın yeni mətnini hazırlayacaq komissiyanın tərkibi formalaşdırılacaq.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

“Jamanak” nəşri qeyd edib ki, komissiya Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə yaradılır.

"Çoxları komissiyanın Ermənistanın prezident idarəetmə sisteminə keçməsi ilə bağlı layihə təqdim edəcəyinə əmindir. İdarəetmə sisteminin dəyişib-dəyişməyəcəyini söyləmək çətindir, ancaq dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsi ilə bağlı mövcud problemin həll ediləcəyi məlumdur”, - məqalədə deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi