Ermənistan vətəndaşlarının Gürcüstan hökumətinə qarşı iddiası rədd olunub

Ermənistan vətəndaşlarının Gürcüstan hökumətinə qarşı iddiası rədd olunub Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanda yaşayan Ermənistan vətəndaşları yüksək dağlıq regionlarda yaşayan daimi sakinlərə təqdim olunan güzəştlərin onlara da şamil olunması ilə bağlı iddia qaldırıblar.
Region
7 Dekabr , 2018 14:31
Ermənistan vətəndaşlarının Gürcüstan hökumətinə qarşı iddiası rədd olunub
0 : 00
0 : 00

Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanda yaşayan Ermənistan vətəndaşları yüksək dağlıq regionlarda yaşayan daimi sakinlərə təqdim olunan güzəştlərin onlara da şamil olunması ilə bağlı iddia qaldırıblar.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Gürcüstanın Konstitusiya Məhkəməsi Ermənistan vətəndaşlarının yerli hökumət və parlamentə qarşı iddiasını nəzərdən keçirirərək onu təmin etməyib.

Ermənistan vətəndaşları Qarnik Varderesyan, Artavazd Xaçatryan və Ani Minasyan onların güzəştlərdən yararlana bilməmələrini diskriminasiya adlandıraraq Gürcüstanın “Yüksək dağlıq regionların inkişafı” haqqında qanunun normasının konstutusiyaya zidd elan olunmasını tələb ediblər. İddiaçılar hesab edirlər ki, dağlıq regionların daimi sakinlərinə təqdim olunan güzəştlərdən həmin regionlarda yaşayan xarici vətəndaşlar da istifadə etməlidirlər.

Konstitusiya Məhkəməsi Ermənistan vətəndaşlarının arqumentlərini rədd edərək qanunun ölkə əsas qanununa tam uyğun olduğunu müəyyən edib.

Qeyd edək ki, Gürcüstanın “Yüksək dağlıq regionların inkişafı” haqqında qanuna əsasən, 1600-dən çox kəndə yüksək dağlıq statusu verilib. Həmin kəndlərin daimi sakinləri bir sıra güzəştlərdən istifadə edir. Bu güzəştlərə müəllim və həkimlərin əməkhaqlarına əlavələr, təqaüdlərin və sosial yardımların artırılması daxildir. Bununla yanaşı, fiziki şəxslər və sahibkarlar gəlir və əmlak vergisindən azad olunublar. 2019-cu ilin yanvarın 1-dən etibarən yüksək dağlıq kəndlərdə yaşa görə təqaüd ödənişlərinin məbləği 11%-dən çox artacaq. 

Son xəbərlər

Orphus sistemi