Yuxarı

Ermənistan və Gürcüstan enerji təchizatı sistemlərini birləşdirəcəklər

Qafqaz enerji təchizatı şəbəkəsi proqramının birinci mərhələsinin reallaşması üçün Ermənistana 85,2 mln. avro həcmində kredit veriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan, KFW bankının enerji departamentinin direktoru Yan Blum və "Yüksəkvoltlu enerji şəbəkələri" QSC-nin direktoru Aram Ananyan "Qafqaz enerji təchizatı şəbəkəsi" proqramının həyata keçirilməsinə dair kredit və proqram razılaşmasını imzalayıblar. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Qafqaz enerji təchizatı şəbəkəsi" proqramının birinci mərhələsinin reallaşması üçün KFW bankı Ermənistana 85,2 mln. avro həcmində kredit verəcək. Proqramla Ayrumda transformator stansiyası vasitəsilə Ermənistan və Gürcüstan enerji təchizatı sistemlərinin birləşdirilməsi nəzərdə tutulub. Yeni yarımstansiya və elektrik xətləri proqramı çərçivəsində tikinti sayəsində Ermənistan və Gürcüstan vahid rejimdə işləyəcək, bu da elektrik enerjisini idxal etməyə, artıq olduqda isə elektrik enerjisini ixrac etməyə imkan verəcək.

Proqramın birinci mərhələsinin ümumi dəyəri 105,2 mln. avro təşkil edir. Proqramın birinci mərhələsi (10 mln. avro) Avropa Sərmayə Bankı tərəfindən maliyyələşdiriləcək, həmçinin 10 mln. avro həcmində qrant Avropa İttifaqı Qonşuluğu İnvestisiya qurumu tərəfindən təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi