Ermənistan təyyarələri 2,5 il Avropa İttifaqı üzərindən uça bilməyəcək

Ermənistan təyyarələri 2,5 il Avropa İttifaqı üzərindən uça bilməyəcək Ermənistan Mülki Aviasiya Komitəsinin fəaliyyəti ətrafında qalmaqal böyüyür.
Region
4 İyun , 2020 14:04
Ermənistan təyyarələri 2,5 il Avropa İttifaqı üzərindən uça bilməyəcək

Ermənistan Mülki Aviasiya Komitəsinin fəaliyyəti ətrafında qalmaqal böyüyür.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Avropa Komissiyasının qərarı ilə Ermənistanın aviaşirkətlərinə məxsus təyyarələr azı 2,5 il Avropa İttifaqına üzv dövlətlərin hava məkanında uçuş edə bilməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də mülki aviasiya sahəsinin məsul şəxsləri ilə görüşdə 2022-ci ilin noyabrınadək vəziyyətdən çıxmaq üçün yeni yol xəritəsinin hazırlanmasını tapşırıb.

Ermənistanın Baş Prokurorluğu Mülki Aviasiya Komitəsinin iki vəzifəli şəxsinə qarşı cinayət işi başladıb.

Adları açıqlanmayan həmin məsul şəxslərdən biri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək komitənin maraqlarına qarşı fəaliyyət göstərib.

Qeyd edək ki, iyunun 2-də Ermənistan hava şirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv ölkələrin hava məkanından uçuşu qadağan olunub.

Son xəbərlər

Orphus sistemi