Yuxarı

Ermənistan təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib

​Ermənistan təhsil nazirinin müavini rüşvət aldığına görə həbs olunub

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevork Loretsyan rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir.

Belə ki, dekabrın 4-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) G.Loretsyanı külli miqdarda rüşvət almaqda şübhəli bilərək saxlayıb. Onunla birlikdə sürücüsü və bir sıra idman məhsulları tədarükçü şirkətlərinin faktiki rəhbəri olan Yerevanın "Lokomotiv" futbol klubunun prezidenti Qraçik Kananyan da tutulub.

"Saxlanılanlara qarşı ittiham irəli sürülüb, məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib", - Ermənistan MTX-dən bildiriblər.

Xatırladaq ki, Ermənistan MTX-nin ilkin məlumatlarına görə, nazir müavini nazirliyin tabeliyindəki qurumların idman avadanlıqları və inventarlar ilə təchiz olunması üzrə tenderlərdə təchizatçıya yardım edib və bunun müqabilində sürücüsü vasitəsilə təchizatçıdan külli miqdarda rüşvət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi