Yuxarı

Ermənistan rəsmisi: "İrandan yeni təbii qaz kəməri çəkilməsi ideyasının çoxlu çətinlikləri var"

​Areq Qalstyan: İranın daha çox təbii qaz tədarük etməkdə maraqlı olması vacibdir

Bakı. 13 oktyabr. REPORT.AZ/ "İrandan Ermənistan yeni təbii qaz kəmərinin çəkilməsi ideyasının çoxlu çətinlikləri var".

"Report" news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Areq Qalstyan oktyabrın 12-də jurnalistlərə müsahibıəsində bildirib.

"İranın daha çox təbii qaz tədarük etməkdə maraqlı olması və axırıncı müştərinin nə qədər "mavi yanacaq" alacağı çox vacibdir. Bütün bu kimi məsələləri müzakirə belə etməmişik. Görək investorların imkanları nə qdərdir və onların planlarının reallaşması nə dərəcəd mümkündür", -deyə müavin vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi