Ermənistan prezidentinin rəhbərlik etdiyi fondun direktoru tutulub

Ermənistan prezidentinin rəhbərlik etdiyi fondun direktoru tutulub Bakı. 4 iyul. REPORT.AZ/ “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
Region
4 İyul , 2018 16:54
Ermənistan prezidentinin rəhbərlik etdiyi fondun direktoru tutulub
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin Mətbuat katibliyi məlumat yayıb.

Bildirilib ki, o, son bir həftədə fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar (14 milyon dram) köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub.

Hazırda fondda yoxlama aparılır.

Qeyd edək ki, bu fond hər il Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında müxtəlif xeyriyyə tədbirləri keçirir. ABŞ, Avropa dövlətlərindən bu fondun hesabına milyonlarla dollar və avro köçürülür. Ermənistan prezidenti Fondun Hamilər Şurasının başçısıdır. Keçmiş prezident Serj Sarqsyan da fonda rəhbərlik edib. “Hayastan”ın ABŞ-ın qərb sahilləri yerli təşkilatının direktoru Sarqis Kotancanyan fondun hesabına toplanan vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf edib. 

Son xəbərlər

Orphus sistemi