Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb

Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb.
Region
22 Aprel , 2018 18:42
Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, prezidentin bəyanatı dövlət başçısının saytında dərc olunub.

"Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi", — deyə prezident bildirib.

Son xəbərlər

Orphus sistemi