Yuxarı

Ermənistan müdafiə nazirinin müavini və nazirliyin yüksək rütbəli hərbçiləri vəzifələrindən azad ediliblər

Rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan vəzifəsindən göndərilib

Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyanın fərmanına əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib.

"Report" "Lragir" portalına istinadən xəbər verir ki, eyni zamanda bir sıra yüksək rütbəli hərbçilər də işdən qovulub.

Belə ki, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi