Yuxarı

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Səfərin əsas məqsədi məlum deyil

Bakı. 29 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan və həyat yoldaşı oktyabrın 30-da Gürcüstana işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində S.Sarqsyanın Gürcüstan prezidenti Georgi Merqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili ilə görüşü planlaşdırılıb.

Görüşdən sonra hər iki ölkənin prezidentləri KİV üçün birgə bəyanatla çıxış edəcək.

Səfərin əsas məqsədi məlum deyil.

Qeyd edək ki, ötən gün Gürcüstanın energetika naziri Kaxa Kaladze İrandan təbii qaz almaq niyyətində olduqlarını bildirib. Nazir bu məsələ ilə bağlı noyabrın ortalarında İrana səfər edəcəyini söyləyib. Tbilisi ilə Tehran arasında bu sövdələşmə baş tutarsa, o zaman Gürcüstana təbii qaz Ermənistan ərazisindən də keçə bilər. Bu baxımdan, Serj Sarqsyanın səfərində bu məsələnin də müzakirə ediləcəyi ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi