Yuxarı

​Ermənistan polisi ilə Milli Təhlükəsizlik Xidməti arasında yeni qalmaqal yaranıb

KİV: Əvvəllər qurumlar arasında bir-birinin sahəsinə keçməmək haqda razılıq əldə olunmuşdu

Bakı. 17 iyun. REPORT.AZ/ Ermənistan polisi ilə Milli Təhüləsizlik Xidməti arasında yeni qalmaqal yaranıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu dəfə iki qurum saytlara nəzarət məsələsində qovğa ediblər.

"Başqa sözlə, dövlətin bu iki qurumundan hansının saytlara nəzarət edəcəyi bilinmir. Bu mübahisənin düşməsində bu il keçirilməsi nəzərdə tutulan seçki də rol oynayır. Əvvəllər qurumlar arasında bir-birinin "sahəsinə" girməmək haqqında razılıq əldə olunmuşdu. Ancaq bir müddətdən sonra bu razılaşma pozuldu. İndi bu güc strukturları yenidən məsələyə münasibətini aydınlaşdırmaq istəyir", - deyə Ermənistan KİV-i yazıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi