Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb

Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb Hadisə ailə üzvləri toydan qayıdarkən Sisian-Şamb avtomobil yolunun 18-ci kilometrliyində baş verib
Region
31 Oktyabr , 2017 09:57
Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ermənistan ordusunda müqavilə əsasında xidmət edən Norayr Ovanisyan və atası Serjik Ovensiyan yol qəzasında ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Sünik rayonunun Noravan kəndi ərazisində, Sisian-Şamb avtomobil yolunun 18-ci kilometrliyində baş verib.

Belə ki, “VAZ-2106” ilə “UAZ” markalı avtomobil toqquşub. Nəticədə Ermənistan ordusunun hərbçisi və atası ölüb. Hadisə ailə üzvləri toydan qayıdarkən baş verib. Avtomobildə hərbçinin anası, həyat yoldaş və 3 yaşlı uşağı da olub. Onlar xəsarət almayıblar. 

Qeyd edək ki, hadisə oktyabrın 28-də qeydə alınsa da, bununla bağlı məlumat oktyabrın 31-də yayılıb.

Son xəbərlər

Orphus sistemi