Yuxarı

​Ermənistan ordusunun əsgəri çavuşu bıçaqlayaraq öldürüb

Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb

Bakı. 26 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, çavuş Akop Gevorkyan döş qəfəsindən aldığı bıçaq yarasından "Mehri" tibb mərkəzində ölüb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İlkin informasiyaya görə, çavuşla Q.Kosoqoblyan adlı əsgər arasında mübahisə düşüb. Mübahisə daha sonra dava-dalaşa çevrilib. Nəticədə Q.Kosoqoblyan çavuşu iti kəsici alətlə vurub.

Q.Kosoqoblyan artıq həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi