​Ermənistan ordusunun əsgəri çavuşu bıçaqlayaraq öldürüb

​Ermənistan ordusunun əsgəri çavuşu bıçaqlayaraq öldürüb Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb
Region
26 May , 2016 15:17
​Ermənistan ordusunun əsgəri çavuşu bıçaqlayaraq öldürüb

Bakı. 26 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, çavuş Akop Gevorkyan döş qəfəsindən aldığı bıçaq yarasından "Mehri" tibb mərkəzində ölüb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İlkin informasiyaya görə, çavuşla Q.Kosoqoblyan adlı əsgər arasında mübahisə düşüb. Mübahisə daha sonra dava-dalaşa çevrilib. Nəticədə Q.Kosoqoblyan çavuşu iti kəsici alətlə vurub.

Q.Kosoqoblyan artıq həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.  

Son xəbərlər

Orphus sistemi