Ermənistan ordusunda yeyinti halları aşkarlanıb

Ermənistan ordusunda yeyinti halları aşkarlanıb Ermənistan ordusunda külli miqdarda yeyinti və talama halları aşkarlanıb.
Region
29 May , 2019 18:51
Ermənistan ordusunda yeyinti halları aşkarlanıb

Ermənistan ordusunda külli miqdarda yeyinti və talama halları aşkarlanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Hərbi Prokurorluğu və qarnizon prokurorluqları cari ilin birinci rübündə dövlətə 8 672 914 min dram (18 milyon ABŞ dollarına yaxın) məbləğində ziyan vurulduğunu üzə çıxarıblar.

Ən çox yeyinti halları Müdafiə Nazirliyi üçün maddi ehtiyatların tədarükü, əmlakın mülkiyyətə dəyişdirilməsi, hərbçilərin sosial təminatı sahələrində baş verib. Yoxlamaların nəticəsi olaraq dövlət mənafeyinin müdafiəsi ilə bağlı məhkəmədə bir iddia qaldırılıb, Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin məmurlarına ziyanı könüllü ödəmələri üçün 9 xəbərdarlıq, həmçinin pozuntuların nəticələrini aradan qaldırmaq və yenilərinin qarşısını almaq üçün nazirliyə və hərbi hissələrin komandirlərinə 8 məlumat göndərilib.

Son xəbərlər

Orphus sistemi