Yuxarı

​Ermənistan ordusunda geyim çatışmazlığı yaranıb - RƏSMİ MƏLUMAT

Artsrun Ovannisyan: Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması ilə məşğuluq

Bakı. 2 may. REPORT.AZ/ Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün "facebook" səhifəsində etiraf edib.

"Aktiv fəaliyyət zamanı plaş-çadır islanır. Növbəti növbətçiliyədək isə onlar qurumur. Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuluq", - mətbuat katibi yazıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi