Erməni ordusunun iki hərbçisi səriştəsizlik və təcrübəsizlik üzündən ağır xəsarət alıb

Erməni ordusunun iki hərbçisi səriştəsizlik və təcrübəsizlik üzündən ağır xəsarət alıb Artilleriya qurğusunun lafetinin zərbəsi nəticəsində xəsarətlər alan Qrişa Savoyan və Manvel Sadoyan hospitala yerləşdirilib
Region
25 Avqust , 2017 22:07
Erməni ordusunun iki hərbçisi səriştəsizlik və təcrübəsizlik üzündən ağır xəsarət alıb

Bakı. 25 avqust. REPORT.AZ/ Ermənistan ordusunda iki hərbçinin yaralanması ilə nəticələnən növbəti hadisə baş verib

"Report" xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata görə, avqustun 20-də Ermənistan silahlı qüvvələrinin Ağdərədə yerləşən hərbi hissələrindən birində baş verən növbəti hadisə zamanı iki hərbi qulluqçu ağır yaralanıb.

Artilleriya qurğusunun lafetinin zərbəsi nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qrişa Savoyan və Manvel Sadoyan adlı hərbi qulluqçular təcili olaraq hərbi hospitala yerləşdiriliblər. Çoxdan köhnəlmiş qurğudan atış çalışmasını yerinə yetirən top heyətinin səriştəsizliyi və təcrübəsizliyi ucbatından baş verən hadisənin ictimaiyyətdən gizlədilməsinin səbəbi son vaxtlar belə hadisələrin həddən artıq baş verməsidir.

Ağır yaralanan hərbi qulluqçular - Q. Savoyan və M. Sadoyanın yaxınları hadisə barədə sosial şəbəkədə yazısmalarında paylaşıblar.

Qonşu ölkədə ictimaiyyətin narahatlığına səbəb olan ən maraqlı məqam, işğalçı ordunun rəhbərliyinə mülki şəxsin, eləcə də hərbi hissələrə savadsız və qeyri-peşəkar şəxslərin təyin edilməsi ilə erməni ordusunda müxtəlif hadisələr və hərbi cinayətlər nəticəsində qeyri-döyüş şəraitində ölən və yaralananların sayının durmadan artmaqda davam etməsidir.

Son xəbərlər

Orphus sistemi