Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.
Region
2 İyun , 2020 16:02
Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var

Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Hadisə iyunun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, UAZ markalı avtomobil naməlum səbəbdən ağaca çarpılıb.

Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlarıdır.

Son xəbərlər

Orphus sistemi