Yuxarı

Ermənistan Müdafiə Nazirliyinə məxsus avtomobil yaşlı qadını vuraraq öldürüb

Ermənistan Müdafiə Nazirliyinə məxsus avtomobil yaşlı qadını vuraraq öldürüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyinə məxsus avtomobil 65 yaşlı qadını vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə dekabrın14-də paytaxt Yerevanda baş verib. 

Belə ki, Müdafiə Nazirliyinə məxsus avtomobil qadını vurub, qarşıdan gələn “Range Rover” markalı maşın isə onun üstündən keçib. Nəticədə qadın ölüb. “Range Rover”in sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. “Range Rover”in sürücüsünün tutulması üçün axtarış-əməliyyat tədbiri keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi