Ermənistan müdafiə naziri: "Ölkədə fövqəladə vəziyyət elan olunacağı təqdirdə ordu müdaxilə edə bilər"

Ermənistan müdafiə naziri: "Ölkədə fövqəladə vəziyyət elan olunacağı təqdirdə ordu müdaxilə edə bilər" Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanda fövqəladə vəziyyət rejimi elan ediləcəyi təqdirdə ordu ölkədaxili problemlərin həllinə cəlb oluna bilər.
Region
23 Aprel , 2018 13:00
Ermənistan müdafiə naziri: Ölkədə fövqəladə vəziyyət elan olunacağı təqdirdə ordu müdaxilə edə bilər

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanda fövqəladə vəziyyət rejimi elan ediləcəyi təqdirdə ordu ölkədaxili problemlərin həllinə cəlb oluna bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Vigen Sarkisyan mətbuat konfransında bildirib.

"Hökumətin belə planının olduğunu demirəm, sadəcə, proseduru izah edirəm. Ölkədə fövqəladə vəziyyət elan edilərsə, Konstitusiya çərçivəsində ordu müəyyən funksiyalarla daxili proseslərə cəlb oluna bilər", - nazir vurğulayıb.

O söyləyib ki, hazırda belə zərurət yoxdur.

Qeyd edək ki, Yerevanda müxalifətin mitinqləri aprelin 13-dən bəri keçirilir. Müxalif tərəfdarları aprelin 17-də parlament tərəfindən baş nazir seçilən Serj Sarqsyanın istefasını tələb edir. Ermənistan Baş Prokurorluğu aprelin 22-də parlamentin müxalifət partiyalarının deputatları Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyanın qanunsuz mitinq keçirdikləri üçün saxlanıldığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi