Ermənistan MTX: Yerevanda polis binasının ələ keçirilməsiylə bağlı vəziyyəti həll etmək üçün hələlik aktiv fəaliyyətə ehtiyac yoxdur

Ermənistan MTX: Yerevanda polis binasının ələ keçirilməsiylə bağlı vəziyyəti həll etmək üçün hələlik aktiv fəaliyyətə ehtiyac yoxdur MTX: İyulun 17-dən bu ana qədər beş nəfər azad edilib
Region
20 İyul , 2016 14:45
Ermənistan MTX: Yerevanda polis binasının ələ keçirilməsiylə bağlı vəziyyəti həll etmək üçün hələlik aktiv fəaliyyətə ehtiyac yoxdur

Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanın hüquq-mühafizə orqanlarının xüsusi bölmələri döyüş hazırlığı vəziyyətində qalmağa davam edir. Amma Yerevanda polis binasının ələ keçirilməsiylə bağlı vəziyyəti həll etmək üçün hələlik aktiv fəaliyyətə ehtiyac yoxdur.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, iyulun 17-də səhər saatlarında Yerevanda yerləşən post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra aparılan antiterror əməliyyatı çərçivəsində bu ana qədər beş nəfər azad edilib. 

Son xəbərlər

Orphus sistemi