Yuxarı

Ermənistan məhkəməsi Rusiya əsgərini ömürlük azadlıqdan məhrum edib

Əvvəlki prosesdə dövlət ittihamçısı rusiyalı əsgərə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdi

Bakı. 23 avqust. REPORT.AZ/ Gümrüdə erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov ömürlük azadlıqdan məhrum edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, avqustun 23-də V.Permyakovun məhkəmə prosesi başa çatıb və hökm oxunub. 

Qeyd edək ki, əvvəlki prosesdə dövlət ittihamçısı rusiyalı əsgərə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdi.

Qeyd edək ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi