Ermənistan KTMT-nin baş katibi postuna namizədin adını açıqlayıb

Ermənistan KTMT-nin baş katibi postuna namizədin adını açıqlayıb Bakı. 7 noyabr. REPORT.AZ/ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi postuna Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək.
Region
7 Noyabr , 2018 13:56
Ermənistan KTMT-nin baş katibi postuna namizədin adını açıqlayıb
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi postuna Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Yuri Xaçaturovun yerinə yeni namizədin Ermənistan nümayəndəsinin olmasına rəsmi Yerevan israr edəcək.

Ermənistan tərəfi iddia edir ki, baş katib vəzifəsi üçilliyinə nəzərdə tutulub və bu müddət hələ başa çatmayıb.

Xatırladaq ki, noyabrın 8-də Astanada KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Bu yığıncaqda baş katib məsələsi də müzakirə olunacaq.

Yuri Xaçaturov 2008-ci il martın 1-də Yerevanda keçirilən etiraz aksiyalarının dağıdılmasına ordunu cəlb etməkdə ittiham olunur.

Vaqarşak Arutyunyan 1956-cı il aprelin 28-də Gürcüstanın Axalkalaki bölgəsində anadan olub. 1978-ci ildə Azərbaycanda Xəzər Ali Hərbi-Dəniz Məktəbini bitirib. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 

Son xəbərlər

Orphus sistemi