Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək

Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək Ermənistanın iqtidardakı “Mənim addımım” Partiyasının parlament qrupu Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başladıqlarını açıqlayıb.
Region
17 Sentyabr , 2019 09:45
Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək

Ermənistanın iqtidardakı “Mənim addımım” Partiyasının parlament qrupu Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın  səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başladıqlarını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qapalı iclasdan sonra qrupun lideri Lilit Makunts və parlamentin dövlət hüquq məsələləri komissiyasının rəhbəri Vladimir Vardanyan açıqlama veriblər.

Səbəb kimi H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi səbəb kimi göstərilir.

Bu məsələ ilə bağlı son qərar Konstitusiya Məhkəməsi tərəfindən veriləcək.

Son xəbərlər

Orphus sistemi