Ermənistan hökuməti işgəncə ilə öldürülən əsgərin atasına 50 min avro ödəyəcək

Ermənistan hökuməti işgəncə ilə öldürülən əsgərin atasına 50 min avro ödəyəcək Qohumları Ermənistan ordusunun müddətli hərbiçisi 19 yaşlı Karen Avetisyanın da qətlə yetirildiyini bildiriblər
Region
11 May , 2017 19:08
Ermənistan hökuməti işgəncə ilə öldürülən əsgərin atasına 50 min avro ödəyəcək

Bakı. 11 may. REPORT.AZ/ Ermənistan hökuməti tərəfindən işgəncə nəticəsində ölən hərbçi Suren Muradyanın ailəsinə 50 min avro məbləğində kompensasiyanın verilməsi haqqında qərar qəbul ediləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, iddiaçı tərəf hərbçinin yaşamaq hüququnu əlindən alınıb.

Ötən ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğu qənaətinə gələrək, Ermənistan hökumətinin hərbçinin atası Qraç Muradyana 50 min avro məbələğində kompensasiya ödəməsi barədə qərar verib.

Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərilən və dalağının partlaması nəticəsində ölən Suren Muradyanım atası Ermənistan hakimiyyətini oğlunun ölümünün istintaqının səmərəsiz aparılmasında və ona lazımi tibbi yardım göstərməməkdə ittiham edib. Məlumata görə, erməni əsgər yüksək rütbəli hərbçilər tərəfindən kobud rəftara məruz qaldıqdan sonra ölüb.

Suren Muradyan 2016-cı il aprelində işgəncə ilə öldürülüb. 

Başqa bir xəbərə əsasən, qohumları Ermənistan ordusunun müddətli hərbiçisi 19 yaşlı Karen Avetisyanın intihar etmədiyini, qətlə yetirildiyini bildiriblər.

Qeyd edək ki, bu il aprelin 25-də Ermənistanın rəsmi dairələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Karen Avetisyanın intihar etdiyi haqqında məlumat yayıb. Həmin məlumata əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Bu cinaəyt işi çərçivəsində 5 hərbçi həbs olunub.

Övladları Azərbaycanın işğal edilən ərazilərində bu və ya başqa səbəbdən ölən Ermənistan ordusu hərbçilərinin validenyləri bildirir ki, oğullarının Dağlıq Qarabağda hərbi xidmət etməsi qanunsuzdur: “Ermənistan rəsmiləri bizə bildirir ki, oğullarının Dağlıq Qarabağda qulluq etməsi barədə müqavilə var. Biz isə belə bir müqavilənin olmadığını, onun heç bir KİV-də yayılmadığını deyirik”. 

Son xəbərlər

Orphus sistemi