Ermənistan hərbçilərinin hərbi hissələri özbaşına tərk etmələri və xidmətdən yayınma halları artıb

Ermənistan hərbçilərinin hərbi hissələri özbaşına tərk etmələri və xidmətdən yayınma halları artıb Hərbçilərdən biri yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib
Region
9 Avqust , 2017 13:02
Ermənistan hərbçilərinin hərbi hissələri özbaşına tərk etmələri və xidmətdən yayınma halları artıb

Bakı. 9 avqust. REPORT.AZ/ Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb. 

"Report"un məlumatına görə, avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib.

Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Xocavənd (keçmiş Hadrut) rayonu ərazisində yerləşən işğalçı ordunun artilleriya divizionunda isə yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.

Son xəbərlər

Orphus sistemi