Yuxarı
    Bağlamaq

    Ermənistan AES-in fəaliyyəti dayandırılır

    Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları bu müəssisənin bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) plan üzrə təmirə dayandırılacaq.

    "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.

    Onun sözlərinə görə, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: "Təmir işləri 61 gün, noyabrın 20-də davam edəcək. Bu tarixdən sonra yenidən istimara veriləcək ".

    Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.

    Qeyd edək ki, bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi