Yuxarı

Ermənilər ​Türkiyənin ABŞ-dakı Baş Konsulluq işçilərini təhdid edir

Diplomatik missiya fəaliyyətini məhdudlaşdırıb

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin Los-Ancelesdəkı Baş Konsulluğu 1915-ci il hadisələri ilə bağlı aldığı təhdidlərə görə fəaliyyətini məhdudlaşdırıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, son günlər Baş Konsulluğun ünvanına gələn hədələrin sayı artıb.

"Erməni Gənclər Federasiyası üzvlərinin Baş Konsulluğa gedərək diplomatik missiyanın əməkdaşları ilə şəkil çəkdirib, sonradan onları "Facebook" səhifələrində hədələmələri qurumda ciddi narahatlığa səbəb olub", - məlumatda vurğulanıb.

Ehtimal olunan təhlükə ilə əlaqədar konsulluq vətəndaşların qəbuluna məhdudiyyət qoyaraq, yalnız qabaqcadan görüş təyin olunanların qəbul ediləcəyini bildirib.

Bu gün ermənilər Los-Ancelesin "Kiçik Ermənistan" rayonundan başlayaraq, Baş Konsulluğun binasınadək yürüş keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi