​Erməni nazir şagirdlərlə birlikdə Azərbaycana gəlir

​Erməni nazir şagirdlərlə birlikdə Azərbaycana gəlir Onlar Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasına qatılacaqlar
Region
7 May , 2015 16:16
​Erməni nazir şagirdlərlə birlikdə Azərbaycana gəlir

Bakı. 7 may. REPORT.AZ/ Ermənistandan olan şagirdlər Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər. "Report" erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti yayıb. 

Məlumata görə, Kimya Olimpiadasına gələcək Ermənistan komandası hazırlıq işləri görür. Onları Bakıya səfərdə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşaiyət edəcək.

Yarışa qatılmaq üçün Ermənistan tərəfi Azərbaycandan təhlükəsizliklə bağlı təminat istəyir.

Xatırladaq ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası bu il iyulun 20-29-da Bakıda keçiriləcək. Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.

Son xəbərlər

Orphus sistemi