​Erməni qardaşlar Kiyevdə "Maydan" fəalına atəş açıblar - FOTO

​Erməni qardaşlar Kiyevdə "Maydan" fəalına atəş açıblar - FOTO Aeksandr Demidov: "Hazırda onun vəziyyəti ağırdır"
Region
23 May , 2015 14:09
​Erməni qardaşlar Kiyevdə Maydan fəalına atəş açıblar - FOTO

Bakı. 23 may. REPORT.AZ/ Erməni qardaşlar Kiyev vilayətinin Slavutiç şəhərinin deputatı Anatoli Qladçenkoya pnevmatik tapançadan atəş açıblar.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda onun deputat həmkarı Aleksandr Demidov məlumat yayıb.

A.Demidov deyib ki, həmkarına pnevmatik tapançadan iki dəfə atəş açılıb. Xəstəxanaya yerləşdirilmiş deputatın vəziyyəti ağırdır.

Anatoli Qladçenko "UDAR" Partiyasından (Kiyevin meri Vitali Kliçkonun başçılıq etdiyi partiya) deputat seçilib. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı keçirilən "Avromaydan" hərəkatının fəal iştirakçılarındandır.

Basqınçılar üç nəfər olub. Onlardan ikisi - Artyom və Arman Xaçatryan adlı erməni qardaşlardır. 

Son xəbərlər

Orphus sistemi