Yuxarı

Erməni kilsəsi İsveçrə bankında gizli hesabın olduğunu etiraf edib

HSBC bankında Katalikosun adına açılan hesabda 1,1 milyon ABŞ dolları saxlanılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Erməni apostol kilsəsi İsveçrənin HSBC bankında 1,1 milyon ABŞ dollarının saxlanıldığı hesabın olduğunu etiraf edib.

"Report"-un BBC-yə istinadən məlumatına görə, Eçmiadzin Kilisəsinin mətbuat xidməti sözü gedən bank hesabının həqiqətən də vaxti ilə Katalikos II-ci Qareqinə məxsus olduğunu, onun vəfatından sonra isə sələfinə qaldığını açıqlayıb.

Qeyd edək ki, Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumu (ICIJ) ötən gün vergilərdən yayınmaq məqsədilə HSBC bankının xidmətlərindən istifadə edən müştərilərin siyahısını açıqlayıb.

Siyahıda Katalikos II-ci Qareqinin də adı var. ICIJ hesabatına əsasən, 2000-ci ildə açılan bu bank hesabda 2006-07 illərdə 1 milyon ABŞ dollar vəsait saxlanılıb.

Buna cavab olaraq Eçmiadzin Kilisəsinin mətbuat xidməti, Katalikosun vergi ödəyicisi olmadığını və vergi məsələlərində "toxunulmazlıq statusuna" malik olduğunu bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi