Yuxarı

​Erməni ictimai xadimi: "Ermənistanda əyalət əhalisinin gündəlik tələbatını ödəməyə pulu yoxdur"

Menua Brutyan : Məmurların xidməti avtomobilləri üçün dövlət büdcəsindən 2,5 milyard dollar xərclənır

Bakı. 23 noyabr. REPORT.AZ/ Ermənistanda 2015-ci ildə dövlət büdcəsindən məmurların xidməti avtomobilləri üçün 2,5 milyard dollar xərcləndiyi halda, hökumət əyalətdəki əhaliyə borclu qalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu "Lorilərin Birliyi" Qeyri-Hökumət Təşkilatının sədri Menua Brutyan bildirib.

O qeyd edib ki, hökumət qanunlara uyğun olaraq, bütün bölgələrin bərabər şəkildə inkişafını boyun olsa da, yalnız Yerevanda inkişaf var: "Əyalətlərdə vəziyyət çox acınacaqlıdır. 2016-cı ilin dövlət büdcəsindən daha çox Yerevana pul ayırıb. Çünki məmurların çoxu burada yaşayır, biznesləri də Yerevandadır. Ancaq əyalətlərdə əhalinin sosial vəziyyəti günü-gündən pisləşir.

QHT rəhbəri bildirib ki, yerlərdə gündəlik tələbatını ödəmək üçün əhalinin pulu yoxdur: "Təkcə Vanadzor şəhərində 84 çoxmərtəbəli yaşayış binası qəza vəziyyətindədir. Vəziyyətdən çıxışla bağlı müraciətimizə hökumət cavab vermir. Təmirə və bərpaya ehtiyacı olan keçilməz körpülər var. Küçələr işıqlandırılmır. Bunula belə Yerevanın işıqlandırma sisteminin müasirləşdirilməsi üçün büdcədən 19 milyon dollar ayrılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi