Yuxarı

​Erməni deputat: "Xalqımız Serj Sarqsyana "Yox" dedi"

Parlament sədrinin müavini deputatın çıxşını kəsib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Dünən erməni xalqının Serj Sarqsyana "Yox" deməsinin şahidi olduq, buna görə xalqımıza təşəkkür edirəm".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə "İrs" Fraksiyasının deputatı Zarui Postancyan parlamentdəki çıxışında bildirib.

Məlumata görə, parlament sədrinin müavini Eduard Şarmazanov Z.Postancyanın çxışını kəsərək, onu gündəlikdəki məsələyə uyğun danışmağa çağırıb.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yerevanın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekabrın 1-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi