​Erməni apostol kilsəsi Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır

​Erməni apostol kilsəsi Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır "Hazırda bütün arxiv sənədləri, ermənilərə "məxsus" ərazilər araşdırılır"
Region
11 May , 2015 19:55
​Erməni apostol kilsəsi Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır

Bakı. 11 may. REPORT.AZ/ Erməni apostol kilsəsi I Dünya müharibəsi illərində və ondan sonra Türkiyə ərazisində törədildiyini iddia etdikləri qondarma "erməni soyqırımı" zamanı "müsadirə edilən" əmlakın geri qaytarılması iddiası ilə Türkiyənin məhkəmə orqanlarına müraciət edəcək.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bütün ermənilərin katalikosu II Qaregin bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq hüquqşünas və ekspertlərdən ibarət qrup məhkəmə iddiasının hazırlanması ilə məşğuldur.

"Hazırda bütün arxiv sənədləri, ermənilərə "məxsus olan" ərazilər və əmlaklar araşdırılır. Hüquqi əsaslandırılma ilə müvafiq sənəd hazırlanır və bu sənəd iddia şəklində Türkiyə hakimiyyəti, Türkiyənin məhkəmə instansiyalarına təqdim olunacaq", — deyə Qaregin qeyd edib.

Son xəbərlər

Orphus sistemi