Yuxarı

Soçidə Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib

Ərdoğanla Putin arasında görüş olub
© Haber7

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də Soçidə üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilib.

Bu görüşdən əvvəl Türkiyə və İran prezidentləri arasında da görüş olub.

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi