Türkiyə Aviasiya Assosiasiyasına yeni sədr seçilib

Türkiyə Aviasiya Assosiasiyasına yeni sədr seçilib Bu qurum 90 il öncə Atatürkün əmri ilə yaradılıb
Region
29 Dekabr , 2014 20:21
Türkiyə Aviasiya Assosiasiyasına yeni sədr seçilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyə Aviasiya Assosiasiyasının (TAA) 42-ci növbədənkənar qurultayında Vacit Ötkəm yeni sədr seçilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, V.Ötkəm qurumun ağır günlər yaşadığını, assosiasiyanın adının "rüşvət qalmaqallarında hallandığı"na diqqəti çəkib.

Qeyd edək ki, qurumun keçmiş sədri Osman Yıldırımın xanımı Sutan və oğlu Əmrə Yıldırımın adına şirkət açdığı iddiası irləi sürülmüşdü. Həmin iddiaya əsasən, keçmiş sədr, oğlu və daha 5 nəfər ötən ilin dekabrında həbs edilmişdi.

Xatırladaq ki, TAA 1925-ci il fevralın 16-da Atatürkün əmri ilə təsis edilib. Qurumun mərkəzi qərargahı Ankaradadır. Ölkə prezidenti, Nazirlər Kabineti qurumun qoruyucularındandır. Bundan başqa, prezident, baş nazir, silahlı qüvvələrin komandirləri assosiasiyanın təbii üzvlərindəndirlər.

Son xəbərlər

Orphus sistemi