Yuxarı
    Bağlamaq

    ​Ərdoğanın bir sıra dövlət başçıları ilə telefon danışığı olub

    Dövlət rəhbərləri çevriliş cəhdinə qarşı çıxdıqlarını bildiriblər

    Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də hərbi yolla dövlət çevrilişi cəhdinə qarşı Türkiyəyə dəstəklərini ifadə etmək istəyən bir sıra liderlərlə telefon danışıqları olub.

    "Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb.

    Agentliyin xəbərinə görə, Türkiyənin dövlət başçısı Bosniya və Hersoqovinanın rəhbəri Bakir İzzetbekoviç, Bəhreyn kralı Hamed bin İsa bin Xəlifə, habelə BMT-nin baş katibi Pan Gi Munla telefonla danışıb.

    Danışıqlar zamanı dövlət başçıları çevriliş cəhdinə qarşı çıxdıqlarını, Türkiyədə seçilmiş hökuməti dəstəklədiklərini və bu məsələdə türk xalqıyla tam həmrəy olduqlarını bildiriblər.

    Ərdoğana zəng etmiş liderlər dövlət çevrilişinə cəhd göstərmiş qiyamçıların açdıqları atəş nəticəsində həyatını isitrənlərə görə kədərləndiklərini də qeyd ediblər.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi