​Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs olunub

​Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs olunub İzmirdəki xəstəxanada müalicəsi başa çatdırılmış Haldun Gülmez cəzaçəkmə müəssisəsinə göndərilib
Region
25 İyul , 2016 03:49
​Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs olunub

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs edilib.

"Report" "Habertürk"ə istinadsən xəbər verir ki, dövlət başçısının qaldığı otelə hücum zamanı helikopterdə olmuş və əməliyyat zamanı yaralanmış kapitan Haldun Gülmez tutulub.

İzmirdəki xəstəxanada müalicəsi başa çatdırılmış Haldun Gülmez polisin müşayiəti ilə Muğlaya gətirilib.

Barəsində istintaq prosesinin getdiyi zabitin işi prokurorun tələbi ilə məhkəməyə göndərilib. Bundan sonra hakim qarşısına çıxarılmış Gülmez həbs edilərək İzmirdəki cəzaçəkmə müəssisəsinə göndərilib.  

Son xəbərlər

Orphus sistemi