Ərdoğan Türkiyənin tezliklə S-400 komplekslərini alacağını bildirib

Ərdoğan Türkiyənin tezliklə S-400 komplekslərini alacağını bildirib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara tezliklə Rusiyadan S-400 zenit raket komplekslərini alacaq.
Region
19 İyun , 2019 00:56
Ərdoğan Türkiyənin tezliklə S-400 komplekslərini alacağını bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara tezliklə Rusiyadan S-400 zenit raket komplekslərini alacaq.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Bu, bizim üçün bitmiş işdir, tezliklə sifarişimizi alacağıq", - deyə Türkiyə Prezidenti bildirib.

Rəsmi Ankara daha əvvəl də vurğulayıb ki, C-400 zenit raket komplekslərini almaqdan imtina etməyəcək. Kompleksin birinci hissəsinin çatdırılması iyulun birinci yarısında yekunlaşmalıdır.

ABŞ rəsmiləri isə bildirib ki, S-400 NATO standartlarına uyğun deyil. Rəsmi Vaşinqton Türkiyəni sanksiyalarla hədələyib. Ağ Evdən bir neçə dəfə Türkiyəyə ən yeni F-35 təyyarələrinin satışı prosesinin ləğvi barədə xəbərdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl də Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsinin bağlandığını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi