Yuxarı
    Bağlamaq

    Ərdoğan: Türkiyənin müttəfiqləri Suriyada uçuşa qadağa qoyulmuş zona yaratmaq istəyir

    Fərat çayının qərb sahilinə heç kim keçməyəcək

    Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, terrorçu "İŞİD" qruplaşması ilə mübarizə aparan müttəfiq dövlətlər Suriyada uçuşsuz zonanın yaradılması fikrinə müsbət yanaşır.

    "Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, Ərdoğan bu təşəbbüsü dəstəkləyən dövlətlərin adlarını tək-tək sadalamayıb.

    Dövlət başçısı, həmçinin, qeyd edib ki, rəsmi Ankara kürd birləşmələrinin Fərat çayının qərb sahilinə keçməsinə imkan verməyəcək.

    Əks halda, Türkiyənin cənub sərhədləri boyunca "kürd koridorunun" formalaşacağını qeyd edən dövlət başçısı, "Mövqeyimiz qətidir. Bir neçə hərbi birləşmə Fərat çayını keçməyə cəhd edib və layiqli cavablarını da alıblar", - deyə vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi