Yuxarı

Ərdoğan: "Türk axını" layihəsini Rusiya deyil, biz dayandırmışıq"

Rusiyadan təbii qaz ixracı, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsi ilə bağlı hələlik bir probem yoxdur

Bakı. 5 dekabr. REPORT.AZ/ "Tələblərimizə cavab vermədiyi üçün "Türk axını" təbii qaz layihəsini biz dayandırmışıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türkiyə İnnovasiya həftəsi"nin bağlanış mərasimindəki çıxışında bildirib.

"Rusiyadan təbii qaz ixracı, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsi ilə bağlı hələlik probem yoxdur. İctimaiyyət arasında "Türk axını" layihəsinin Rusiya tərəfindən dayandırılması haqda xəbər yayılıb. Dəyərli qardaşlarım, bu sayaq yanlış, yalan xəbərlərə inanmayın. Yayılan belə xəbərlərin tam əksinə, tələblərimizə cavab vermədiyi üçün "Türk axını" layihəsini biz dayandırmışıq.

Bütün bunlara baxmayaraq, biz Rusiya ilə mövcud gərginliyin diplomatik yolla həllinin tərəfdarıyıq və bu məsələnin həllində səbrliyik", - o, vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını" təbii qaz kəmərinin tikintisi layihəsini dayandırdıqlarını bildirmişdi.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi